AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı

Kriminal
07 May 2021, 11:09 419
Bakıda binanın fasadında başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanıb.
Səbail rayon prokurorluğundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.