• cümə, 19 Aprel, 01:20
  • Baku Bakı 18°C

Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları start götürüb

26.04.19 13:30 630
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları start götürüb
Aprelin 26-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib.
AZƏRTACxəbər verir ki, turnirdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışlarda 25 qrup komandası və 70-dən çox gimnast çıxış edəcək.
Yarışların birinci iki günündə təsnifat mərhələləri keçiriləcək və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy” Kuboku da təqdim olunacaq.
Turnirin birinci günündə fərdi gimnastlar çoxnövçülük üzrə halqa və topla, komandalar isə beş topla hərəkətlərdə yarışırlar.
banner

Oxşar Xəbərlər