• cümə axşamı, 28 mart, 14:28
  • Baku Bakı 16°C

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir

19.05.19 16:00 697
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının sonuncu – dördüncü gününə start verilib.
AZƏRTACxəbər verir ki, çempionatın sonuncu günündə əvvəlcə gənclərdən ibarət qrup hərəkətləri komandaları 5 halqa və 5 lentlə yarışların finalında güclərini sınayacaq. Sonra böyük gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə medallar uğrunda yarışacaqlar.
Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət gənclər komandamız 5 halqa ilə yarışlarda iştirak edəcək. Azərbaycan təmsilçisi Zöhrə Ağamirova isə fərdi proqramda gürzlər və halqa yarışlarında mübarizə aparacaq.
Çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

banner

Oxşar Xəbərlər