• şənbə, 20 Aprel, 13:15
  • Baku Bakı 23°C

Bakıda 5G nə vaxt işə düşəcək?

21.11.18 20:28 581
Bakıda 5G nə vaxt işə düşəcək?
Bakıda 5G şəbəkəsinin işə düşməsi 2022-ci ildən tez olmayacaq.
Bunu "Bakcell” MMC-nin baş icraçı direktoru Nikolay Bekers Trend-ə müsahibəsində deyib.
N.Bekersin sözlərinə görə, bu şəbəkənin işə düşməsi üçün şaxələnmiş fiber-optik infrastruktur mövcud olmalıdır:
"Biz 5G şəbəkəsinə keçid məqsədilə fiber-optik infrastrukturun təkmilləşdirilməsi üçün dövlətin təşəbbüslərini dəstəkləməyə hazırıq. Bu məsələdə dövlətin uzunmüddətli planları bizim planlarımızla üst-üstə düşür. 5G şəbəkəsinin işə salınmasına gəldikdə isə, bu 2022-ci ildən tez olmayacaq. Bəlkə də daha gec ola bilər. Bizim üçün 5-ci nəsil şəbəkə 4G şəbəkəsinin davamı olacaq və yüksək keyfiyyətli LTE şəbəkəsinin bazası əsasında işə salınacaq”.
banner

Oxşar Xəbərlər