• çərşənbə axşamı, 23 aprel, 19:52
  • Baku Bakı 20°C

Bakıda 5 nəfərin meyiti tapılan evdən görüntü

23.02.21 16:30 929
Bakıda 5 nəfərin meyiti tapılan evdən görüntü
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində 5 nəfərin fərdi yaşayış evində meyiti tapılıb.
Trend-in məlumatına görə, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.
İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib. Hadisə yerindən görüntüləri təqdim edirik.
Qeyd edək ki, hadisə fevralın 23-də saat 14 radələrində Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər