• şənbə, 27 Aprel, 07:53
  • Baku Bakı 12°C

Bakıda 4 maşın yandı, biri polis maşınıdır

04.06.14 12:09 1340
Bakıda 4 maşın yandı, biri polis maşınıdır
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda avtomobil dayanacağında dayanmış "Fiat" markalı minik avtomobilinin yanar hissələri, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və 2 ədəd arxa təkəri, "KİA" markalı minik avtomobilinin 2 ədəd sağ qapısı və "Mercedes" markalı minik avtomobilinin sağ tərəfi qarsalanıb.
Avtomobillərin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya bildirilib ki, yanğının başladığı 90-HP-976 dövlət nömrə nişanlı, “Fiat” markalı avtomobil Səbail Raton Polis İdarəsinə məxsus Post-Patrul Xidməti maşını olub.
banner

Oxşar Xəbərlər