• cümə axşamı, 28 mart, 23:08
  • Baku Bakı 13°C

“Bakı”da 4 itki

22.08.13 16:07 1823
“Bakı”da 4 itki
“Bakı” klubu futbol üzrə Topaz Premyer Liqasının IV turunda “Simurq”la keçirəcəyi oyuna itkilərlə çıxacaq. Lent.az-ın məlumatına görə, paytaxt komandasının son məşqində Elvin Әliyev və Aqil Nabiyev iştirak etməyiblər.
Şəhriyar Әlıyev, Junior və Rauf Əliyev isə komandadan ayrı çalışıblar. Baş məşqçi Milinko Pantiç “Bakı”nın rəsmi saytına açıqlamasında bildirib ki, ötən tur “Rəvan” üzərində 5:0 hesablı qələbə qazandıqları oyunu unudublar: “Qarşıda bizi çox güclü rəqib gözləyir. "Simurq" 90 dəqiqə meydanda oynayan komandalardandır. Buna baxmayaraq bizim əsas məqsədimiz qələbə qazanmaqdır".
Qeyd edək ki, "Simurq" - "Bakı" matçı avqustun 24-də saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq.
banner

Oxşar Xəbərlər