• cümə, 19 Aprel, 07:51
  • Baku Bakı 13°C

Bakıda 21 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı

04.03.19 21:25 613
Bakıda 21 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında baş verib.
Həmin ərazidə 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində Əliyev Elxan Orxan oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məsəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, E. Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Cinayət işi sonradan 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək Binəqədi Rayon Prokurorluğunun icraatına verilib.
banner

Oxşar Xəbərlər