• cümə, 19 Aprel, 13:18
  • Baku Bakı 25°C

Bakıda 2 otaqlı ev yanıb

22.10.17 10:46 3356
Bakıda 2 otaqlı ev yanıb
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.
Yüksək temperaturdan lambirdən ibarət tavan 10 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər