• cümə, 29 Mart, 17:34
  • Baku Bakı 14°C

Bakıda 19 yaşlı oğlan naməlum şəxslər tərəfindən bıçaqlandı

01.03.19 21:09 778
Bakıda 19 yaşlı oğlan naməlum şəxslər tərəfindən bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib.
Pirşağı sakini, 2000-ci il təvəllüdlü Sultanov Eldar Rasim oğlu qəsəbə ərazisində naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı 2 bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək saxlanılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər