• şənbə, 20 Aprel, 10:37
  • Baku Bakı 14°C

Bakı Türk Anadolu Liseyinin müəllimləri “Mehtər Takımı” yaradıb

24.05.21 11:50 527
Bakı Türk Anadolu Liseyinin müəllimləri “Mehtər Takımı” yaradıb
Türkiyənin Milli Təhsil Nazirliyinə bağlı olan Bakı Türk Anadolu Liseyinin müəllimləri "Mehtər Takımı” yaradıb.
Türkiyənin Azərbaycandakı SəfirliyindənAPA-ya verilən məlumata görə,Bakı Türk Anadolu Liseyinin müəllimləri Azərbaycanda məktəblərin koronavirus tədbirləri ilə bağlı uzun müddət bağlandığı bir zamanda "Mehtər Takımı” yaratmaq qərarına gəlib.
Qrupun yaradılması işini liseyin müdir müavini və musiqi müəllimi Serkan Ün öz üzərinə götürüb.
Müəllimlərdən ibarət "Mehtər Takımı” ilk çıxışını 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı mərasimində məktəbdə reallaşdırıb.
Sinif rəhbərindən riyaziyyat müəlliminə, fizika müəllimindən rəhbərliyə qədər 25 müəllimdən ibarət olan qrupun nümayiş etdirdiyi çıxış peşəkar "Mehtər Takımı”nın çıxışlarından geri qalmırdı.
Serkan Ün yaratdıqları "Mehtər Takımı”nın və nümayiş etdirdikləri çıxışın il yarımlıq pandemiya müddətinin yaratdığı hüznün partlayışa çevrilməsi mənasına gəldiyini deyib.

Pandemiya dövründə müəllimlərin şagirdlərinə, şagirdlərin də məktəbə həsrət qaldığını qeyd edən Serkan Ün "Müəllim yoldaşlarımızla bir şey etmək istədik. Qısa müddət ərzində oldu, amma düşünürəm ki, bacardıq. Müəllim yoldaşlarımızın dəyərli səyləri və zəhmətləri ilə bu günü gördük. Gələcək təkliflərə açığıq. Bu, bizim əvəzolunmaz bir mədəniyyətimizdir. Mehtər bir ruhdur, ənənəmizdir. Bunu Bakıda yaşada bilsək çox xoşbəxt olarıq", - deyə bildirib.
banner

Oxşar Xəbərlər