• cümə, 26 Aprel, 07:06
  • Baku Bakı 12°C

Bakı-Sumqayıt yolunun kənarında 130 qumbaraatan tapıldı

27.05.14 17:52 6179
Bakı-Sumqayıt yolunun kənarında 130 qumbaraatan tapıldı
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Sumqayıt yolunun kənarında bu gün saat 16.30 radələrində xeyli miqdarda döyüş sursatı aşkar edilib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə yararsız halda olan 130 ədəd qumbaraatan, 16 ədəd PQ qumbaraatan mərmisi, 1 ədəd aviasiya bombası, 1 ədəd 102 mm-lik mərminin korpusu və istifadəyə yararlı olan 1 ədəd 102 mm-lik və 80 mm-lik mərmini zərərsizləşdirmək üçün təhlükəsiz zonaya aparıblar.
banner

Oxşar Xəbərlər