• şənbə, 20 Aprel, 18:30
  • Baku Bakı 24°C

Bakı-Şamaxı yolunda qəza: 3 nəfər ağır xəsarət alıb

07.07.14 18:48 1061
Bakı-Şamaxı yolunda qəza: 3 nəfər ağır xəsarət alıb
İyulun 7-də Bakı-Şamaxı yolunda daha bir avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə yolun 64-cü kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.
“Toyota Land Cruiser” və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı maşındakı sərnişinlərdən 3-ü, Bakı şəhər sakinləri 1952-ci il təvəllüdlü Qurbanəliyeva Zemfira Ağası qızı, 1954-cü il təvəllüdlü Xəlilova Səyyarə Qüdsi qızı və 1979-cu il təvəllüdlü Qurbanəliyeva Şəlalə Fikrət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Sonra yaralılar müalicə üçün Bakı şəhərinə aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər