• şənbə, 20 Aprel, 16:03
  • Baku Bakı 23°C

Bakı-Qazax yolunda dəhşətli qəza: ölənlər var

30.06.14 12:43 1824
Bakı-Qazax yolunda dəhşətli qəza: ölənlər var
Azərbaycanda dəhşətli yol qəzası baş verib.
Bol qəzası Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil hərəkətdə olarkən aşıb.
Qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin - 1945-ci il təvəllüdlü Abgül Qasımov və 47 yaşlı Faiq Qasımov ölüb. Digər sərnişin, 1963-cü il təvəllüdlü İlkin Qasımov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.
banner

Oxşar Xəbərlər