• çərşənbə, 24 Aprel, 23:01
  • Baku Bakı 23°C

Bakı polisi bir gündə 16 cinayətin üstünü açdı

25.03.20 15:30 1996
Bakı polisi bir gündə 16 cinayətin üstünü açdı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-da 16 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 4-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Quldurluq üzrə 3, narkotiklərin qanunsuz dövriyyəsinə görə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
banner

Oxşar Xəbərlər