• cümə axşamı, 28 mart, 23:30
  • Baku Bakı 13°C

Bakı metrosunda sərnişindaşıma fəaliyyətində dəyişikliklər ediləcək

13.09.21 15:16 247
Bakı metrosunda sərnişindaşıma fəaliyyətində dəyişikliklər ediləcək

Sentyabr ayının 20-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.
Oxu.Azxəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yay mövsümünün başa çatması ilə əlaqədardır:
"Pikvaxtlarda qatarlar arasında "Həzi Aslanov - 28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər "28 May” stansiyasında kəsişdiyindən, pik vaxtlarda qatarların intervalı "İçərişəhər” və "Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək.
Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, pik hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir”.
O qeyd edib ki, zərurət yarandıqdaehtiyat qatarlar xəttə buraxılacaq.
banner

Oxşar Xəbərlər