• cümə, 29 Mart, 14:28
  • Baku Bakı 14°C

Bakı metrosunda qatarlar tuneldə qalıb

16.01.14 15:00 1241
Bakı metrosunda qatarlar tuneldə qalıb
Bu gün saat 16:15 radələrində Bakı Metropolitenində qatarların hərəkətində problemlər yaranıb. Bu barədə APA-ya Bakı Metropolitenindən məlumat verilib.
Hadisəyə səbəb Bakı şəhər enerji şəbəkəsindən Metropolitenə verilən elektrik xətlərində gərginliyin ani olaraq aşağı düşməsi olub. Enerjinin kəsilməsi nəticəsində qatarlar stansiya və tunellərdə dayanıb.
Nəticədə, Metropolitenin xətdə olan qatarlarının hərəkətində 5-6 dəqiqə ləngimə yaranıb.
Bakı Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov da APA-ya açıqlamasında bu problemin yarandığını təsdiqləyib: «Metropoliteni elektrik enerjisi ilə təmin edən ötürücü xətdə problem yaranmışdı. Lakin artıq problem aradan qaldırılıb və qatarlar qrafik üzrə hərəkətini bərpa edib».
banner

Oxşar Xəbərlər