• çərşənbə axşamı, 23 aprel, 18:45
  • Baku Bakı 20°C

Bakı metrosunda dəhşətli anlar

09.07.14 13:47 1269
Bakı metrosunda dəhşətli anlar
Axar.az xəbər verir ki, stansiyada orta yaşlı bir şəxs özünü qatarın altına atmaq istəyib. Bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.
Məlumata görə, o, qatar stansiyaya yaxınlaşmamışdan özünü relslərin üzərinə atıb. Bələdçilərin cəld işarəsindən sonra stansiyaya yaxınlaşan qatar tuneldə dayana bilib.
Bununla da faciənin qarşısı alınıb.
Metropolitenin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqlədi.
Onun sözlərinə görə, bələdçilərin müdaxiləsi nəticəsində faciənin qarşısı alınıb: “Özünün dediyinə görə, alacağı olduğu üçün intihara cəhd edib. Şəxsin vəziyyəti normaldır. Hadisə ilə əlaqədar qatarların hərəkətində heç bir fasilə yaranmayıb. Artıq intihara cəhd edən şəxs metropoliten işçiləri tərəfindən polisə təhvil verilib”.
banner

Oxşar Xəbərlər