• cümə axşamı, 07 avqust, 09:58
  • Baku Bakı 25°C

Bakı əhalisinin sayı açıqlandı

03.12.18 14:45 618
Bakı əhalisinin sayı açıqlandı
Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273,9 min nəfərə çatıb.
Trend-in məlumatına görə, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 1 062 nəfər olub.
Cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22 494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1 000 nəfərinə 13,3 təşkil edib. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.
banner

Oxşar Xəbərlər