• şənbə, 20 Aprel, 15:33
  • Baku Bakı 23°C

Bakı bulvarında 2 nəfər özünü dənizə atdı

26.06.14 08:30 1213
Bakı bulvarında 2 nəfər özünü dənizə atdı
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 m sağa nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özlərini dənizə atıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:36-də başa çatıb./apa/
banner

Oxşar Xəbərlər