• cümə axşamı, 28 mart, 14:35
  • Baku Bakı 16°C

Bakı avtovağzalı 5 yaşlı uşağa tam bilet satan kassiri cəzalandırdı

17.07.19 10:07 20353
Bakı avtovağzalı 5 yaşlı uşağa tam bilet satan kassiri cəzalandırdı
Bakı avtovağzalında 5 yaşlı uşağına tam bilet satan kassir cəzalandırılıb.
Trend-in məlumatına görə, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, bununla bağlı ailə üzvlərindən biri avtovağzalla əlaqə saxlayıb:
"Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı xəbər yayılıb. Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik, ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassir barəsində ciddi ölçü götürüldü".
P.Məmmədova əlavə edib ki, əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq: "Bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar. Özbaşınalıq o zaman olardı ki, məsələ tam diqqətdən kənar qalardı".
banner

Oxşar Xəbərlər