• çərşənbə, 24 Aprel, 03:00
  • Baku Bakı 14°C

Bakı-2015: İki boksçumuz yarımfinala vəsiqə qazanıb

23.06.15 20:09 2133
Bakı-2015: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
Azərbaycanın boks üzrə yığmasının üzvü Albert Səlimov (60 kq) yarımfinala vəsiqə qazanıb.
Apasport.az saytının məlumatına görə, idmançımız bolqarıstanlı Dmitri Elianı 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edib.
Qadınlardan ibarət yığmamızın üzvü Anna Əlimərdanova da 1/2 finalına adını yazdırıb. O kifayət qədər güclü rəqiblə qarşılaşıb. Təmsilçimiz bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə döyüşüb. Mübarizəyə bu mərhələdən başlayan idmançıların görüşü təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Əlimərdanova görüşü 3:0 (39:37; 38:38; 38:38) hesabı ilə aktivinə yazıb. İdmançımız yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özünə təmin edən 5-ci boksçumuz olub.
banner

Oxşar Xəbərlər