• cümə axşamı, 28 mart, 19:51
  • Baku Bakı 13°C

“Bakcell”in daha bir satış mərkəzi fəaliyyətə başladı

18.12.18 17:59 841
“Bakcell”in daha bir satış mərkəzi fəaliyyətə başladı
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell” Fəvvarələr meydanı, Tağıyev 19 ünvanında yerləşən satış mərkəzini müştərilərinin ixtiyarına verib. Açılış mərasimində çıxış edən şirkətin icraçı direktoru Nikolai Beckers digərlərindən fərqli və müasir dizaynda qurulan mağaza haqqında məlumat verib. Direktorun sözlərinə görə, burada interaktiv elementlər üstünlük təşkil edəcək: "2018-ci il ərzində biz bir çox mağaza və xidmət mərkəzləri açmışıq. Azərbaycanın əksər ərazilərində və xüsusilə bölgələrdə bir neçə satış mərkəzləri fəaliyyətə başlayıb. Bu gün istərdik ki, sizi tamamilə yeni bir Bakcell mağazası konsepsiya ilə təəccübləndirək. Bu satış mərkəzində daha çox interaktiv elementlər üstünlük təşkil edir. O cümlədən, tərtibat da tamamilə yenidir. Mağazamıza gələn müştərilər bütün yenilikləri özləri hiss edə və duya bilərlər. Ümid edirik ki, yeni konsepsiya bizim satışlarımıza da öz müsbət təsirini göstərəcək. Zamanla digər mərkəzlərimizi də bu konsepsiyaya uyğunlaşdıracağıq”.

Beckers vurğulayıb ki, yeni mağazadan alış-veriş edən müştərilərə "Bakcell"in xüsusi hədiyyəsi də olacaq: "Müştərilərimizə xüsusi təklifimiz var. 2018-ci ilin sonuna qədər bu mağazadan mobil telefon alan hər bir müştəriyə telefonun modelindən asılı olmayaraq 1 il müddətinə şəbəkədaxili pulsuz danışıq və limitsiz internet paketi təqdim ediləcək”.

banner

Oxşar Xəbərlər