Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib
"Bakcell”in
Applab proqramı və İNNOLAND İnkubasiya və Akselerasiya mərkəzi özlərinin birgə
inkubasiya proqramının iştirakçıları üçün "Demo Day” (Demo Günü) tədbiri
keçirib.
2018-ci
ildə Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və
Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə
çərçivəsində Bakcell və INNOLAND yerli startaplar üçün birgə inkubasiya
proqramı həyata keçirir. İnkubasiya müddəti ərzində startap komandaları öz
layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu
və innovativ biznesə çevirmək üçün INNOLAND və Bakcell tərəfindən təqdim olunan
pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər
imkanlardan istifadə edirlər.
Xatırladaq ki, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar.
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı
məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə
daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün
www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə
daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Tədbirin
məqsədi maliyyələşməyə ehtiyacı olan startaplar və sərmayə yatırmaq istəyən
potensial investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə
davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Bakcell
və İNNOLAND tərəfindən həyata keçirilən birgə inkubasiya proqramının
finalçıları öz nailiyyət və yeniliklərini nümayiş etdirib perspektivli
startaplara investisiya yatırmaq marağında olan şirkətlərin nümayəndələri və
biznesmenlərlə tanış olmaq üçün dəvət olunublar.
Bakcell
tərəfindən dəstəklənən "Bon.az” (www.bon.az
- onlayn "cashback” xidməti), "Towaves”
(www.towaves.com - ortaq maraq və oxşar fikirləri olan
insanları bir araya gətirən şəbəkə) və "Fonibo”
(www.fonibo.com - ərzaq
və yeməklərin çatdırılması platforması) startapları da layihə və gələcək
planlarla bağlı məlumat vermək və potensial investorların diqqətini cəlb etmək
imkanı qazanıblar.
Xatırladaq ki, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar.
***
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli
4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini
(Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə
əhalisinin 93%-ni əhatə edir.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.