• şənbə, 21 Iyun, 09:55
  • Baku Bakı 19°C

“Bakcell” mükafata layiq görüldü

09.06.17 21:17 1402
“Bakcell” mükafata layiq görüldü
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell” şirkəti Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülüb. İnternet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan "Ookla” şirkətinin "Speedtest” xidmətindən istifadə etməklə, Azərbaycanda abunəçilər tərəfindən 2016-cı ilin 2-ci və 3-cü rüblərində aparılmış yoxlamaların nəticələrinə görə, "Bakcell” şəbəkəsində ən yüksək endirmə (download) sürəti təmin edilir.
"Tətbiq etdiyimiz ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının sayəsində indi abunəçilərimiz "Bakcell”in ultra-sürətli LTE şəbəkəsinin verdiyi üstünlüklərdən və yükləmə sürəti 225 Mbit/saniyəyə çatan ən sürətli mobil internet təcrübəsindən faydalana bilirlər”- deyə "Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Bekers mətbuat konfransında bildirdi. Belə ki, şirkətin uzunmüddətli planlarına 4G şəbəkəsinin əhatə dairəsini bütün ölkə ərazisində genişləndirmək daxildir: "Biz, həmçinin, axınlı yayım (streaming) və digər internet xidmətləri üçün istifadə edilə bilən xüsusi data paketlərimizi də böyük məmnuniyyətlə müştərilərimizə təqdim edirik. Ən yaxşı mobil internet təcrübəsi və ən sürətli şəbəkəsi ilə yanaşı, "Bakcell”, 2 yeni innovativ və unikal mobil data məhsullarını da abunəçilərin istifadəsinə verir”.
N. Bekers ötən illərlə müqayisədə "Bakcell” MMC-nin mobil şəbəkəsindən istifadə edənlərin sayında 50% artım müşahidə olunduğunu qeyd etdi: "Bir sıra ərazilərdə isə artım 100% səviyyəsində olub. Artım hazırda da müşahidə olunur və biz tendensiyanın davam edəcəyini proqnozlaşdırırıq” Şirkət rəhbəri "Bakcell”in abunəçiləri üçün ən qabaqcıl mobil rabitə təcrübəsini təmin etmək məqsədi ilə, öz şəbəkəsinə investisiya qoyuluşlarını davam etdirəcəyini qeyd etdi: "İstifadəçilərin məmnunluğu bizim üçün önəmlidir”.
Tədbirdə "Bakcell” mobil internet istifadəçiləri üçün daha iki məhsulunu təqdim etdi. Belə ki, My hour - sənayedə ən unikal innovativ təkliflərdən biri olan bu məhsul, müştərinin daha yüksək data sürəti/istifadə intensivliyi üçün impulsiv, qeyri-iradi tələbatına əsaslanır. Saat (19:00-dan 01:00-dək) olan vaxtdan başqa, günün istənilən saatında abunəçi xüsusi kodu yığaraq, bu nadir təklifə abunə ola bilər. Bu təklifə abunə olduqdan dərhal sonra, müştəri növbəti 60 dəqiqə ərzində Limitsiz Mobil İnternetdən yüksək sürətlə istifadə etmək imkanına malik olacaq: "Bizim bütün dəyərli abunəçilərimizə mobil internetdən əlverişli istifadə imkanı yaratmaq üçün hər bir müştəriyə bu təklifə gündə bir dəfə abunə olub, mobil datadan istədiyi kimi istifadə etmək imkanı yaradılır”.
YouTube Paketləri – YouTube Azərbaycanda ən populyar video izləmə/axınlı yayım (streaming) platformasıdır. Azərbaycanın müxtəlif bölgələrində insanlar "YouTube”da yerləşdirilən videoları izləməyə xeyli vaxt sərf edirlər. Telekommunikasiya bazarının ən qabaqcıl iştirakçısı kimi, "Bakcell” indi də Azərbaycanda ilk dəfə olaraq, xalqın rəqəmsal məzmuna olan tələbatına uyğun olan eksklüziv "YouTube” paketlərini təqdim edir. "Bakcell” abunəçiləri xüsusi kodu yığaraq bu eksklüziv təklifə abunə ola və hərəkətdə olarkən videoları kəsintisiz qaydada izləyə bilərlər. Bu təklif iki variantda təqdim olunur: müvafiq olaraq 2GB və 5GB, təklif 7 gün müddətində etibarlıdır.
Qeyd edildi ki, "Bakcell” Azərbaycanda "instaqram” "WhatsApp” və "facebook” kimi eksklüziv təklifləri ilə rəqəmsal kommunikasiya vasitələri üzrə lider mövqeyə sahib olan yeganə telekommunikasiya şirkətidir: "Bakcell”in Klass tariflərindən faydalanan abunəçilər "WhatsApp” tətbiqinə limitsiz və pulsuz çıxış imkanına malikdirlər ki, bu da "Bakcell” şirkətinin öz abunəçiləri üçün optimal dəyərin təmin edilməsi prinsipinə bağlılığını bir daha nümayiş etdirir.

Təranə Məhərrəmova




banner

Oxşar Xəbərlər