Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib
Azərbaycanın
İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti
AppLab proqramının növbəti məzunlarını elan edib.
"Biz
görürük ki, Azərbaycanın gəncləri çox böyük bir potensiala malikdirlər. Mən əminəm
ki, bu gənclərin ideyaları tək yerli
bazar deyil, hətta beynəlxalq səviyyədə belə rəqabət apara biləcək məhsul və
xidmətlərə çevrilə bilər. Bakcell fəxr edir ki, ölkənin ən innovativ məkanlarından
biri olan "AppLab” Mərkəzindəki şəraitdən yararlanan komandaların yaratdığı
mobil tətbiqetmələr və məhsullar müxtəlif platformalar üzərindən yüklənir və
artıq istehlakçılar tərəfindən aktiv şəkildə istifadə olunur. Bu, bizim fəaliyyətimizin
effektiv olmasının bariz nümunəsidir və biz "AppLab” iştirakçıları arasında bu
qədər uğurlu layihələrin olması ilə qürur duyuruq”, deyə "Bakcell”in baş icraçı
direktoru Nikolai Beckers bildirib.
Qeyd edək ki, AppLab Akselerasiya Proqramına ərizə qəbulu açıq elan edilib. Daha öncə "AppLab”da inkubasiya prosesini uğurla başa çatdırmış "Run2Help” layihəsi isə artıq "AppLab” Akselerasiya Mərkəzinə qəbul olunub.
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi
əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri
(bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan
"P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə
görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət
"Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün
dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində
ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
2018-2019-ci
illər ərzində "AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək üçün təşkil
edilmiş tədbirdə "Run2Help”, "Bilik.al”, "Madebyaz” və "Balta” layihələrinin müəllifləri
ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində "AppLab”ın
mühüm rolu haqqında danışıblar. Gənc developeralərə Bakcell şirkətindən xüsusi
sertifikatlar təqdim olunub.
Qeyd
edək ki, Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata
keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. "AppLab” proqramının fəaliyyətə
başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq
və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz
ideyalarını həyata keçirmək üçün "Bakcell”dən dəstək alırlar. "AppLab” layihəsinin
iştirakçıları şirkətin "AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa
və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və
cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən
son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
Ötən
ilin sonunda İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə imzalanmış müqavilə
çərçivəsində Bakcell ilə İNNOLAND startaplar üçün inkubasiya proqramını birlikdə
həyata keçirirlər. Buna görə də "AppLab” artıq Akselerasiya Mərkəzi kimi fəaliyyət
göstərəcək. Qeyd edək ki, AppLab Akselerasiya Proqramına ərizə qəbulu açıq elan edilib. Daha öncə "AppLab”da inkubasiya prosesini uğurla başa çatdırmış "Run2Help” layihəsi isə artıq "AppLab” Akselerasiya Mərkəzinə qəbul olunub.
İnnovasiyalar
sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti yerli startapların
inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələri dəstəkləməyə
davam edəcək.
***
Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və
Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində
mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.