• şənbə, 27 Aprel, 06:34
  • Baku Bakı 12°C

"Bakcell" Azərbaycanda yüksək sürətli internet təklif edən şirkət kimi ən yaxşı şəbəkə adına layiq görülüb

11.10.17 14:20 1388
"Bakcell" Azərbaycanda yüksək sürətli internet təklif edən şirkət kimi ən yaxşı şəbəkə adına layiq görülüb
"Bakcell" "P3 Communication" şirkəti tərəfindən aparılan sınaqların nəticələrinə görə, Azərbaycanda yüksək sürətli internet təklif edən şirkət kimi ən yaxşı şəbəkə (Best in Test) adına layiq görülüb.
"APA-Economics" xəbər verir ki, bunu "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers bildirib.
N.Beckersin sözlərinə görə, "Bakcell" Azərbaycanda ən böyük 4G şəbəkəsinə malik olan şirkətdir.
"3G şəbəkəsinə gəldikdə, əsas məqsədimiz 2017-ci ildə bu şəbəkənin regionlarda yayılmasına yönəlib. Hətta ucqar kənddə yaşayan vərəndaşlar belə 3G şəbəkəsindən istifadə edə biləcəklər. Bundan başqa, regionlarda mobil stansiyaların sayını artırmaq prioritetdir. Bu il artıq LTE stansiyalarının sayını 1000-ə çatdırmışıq. Qarşıdan gələn zaman kəsiyində isə fəaliyyətimizlə bağlı onu qeyd etmək istəyirəm ki, 2018-ci ilin büdcəsi və fəaliyyət planları artıq hazırdır və səhmdarlara təqdim olunacaq. Biz əsasən 2018-ci ildə fəaliyyətimiz şəbəkənin keyfiyyətini artırmaq, əhatə dairəmizi daha da genişləndirmək, regionlarda şəbəkələrin sayını artırmaq və 4G şəbəkəsinin daha da inkişaf etdirilməsi və genişləndirməyə yönəldiləcək", - deyə N.Beckers vurğulayıb.
Qeyd edək ki, sertifikat "Bakcell" şirkətinin rəhbərinə təqdim olunub.
Xatırladaq ki, sınaqlar avqust ayında aparılıb və "P3 Communication" şirkətinin bu sınaqları 2-3 həftə çəkib.
banner

Oxşar Xəbərlər