• şənbə, 20 Aprel, 18:52
  • Baku Bakı 24°C

BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edilib

11.02.19 10:38 543
BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edilib
Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) mükafatının əsas nominasiyaları üzrə qaliblər məlum olub.
"Report” "Sky News"a istinadən xəbər verir ki, Meksika rejissoruAlfons Kuaronun lentə aldığı "Roma" dramı "Ən yaxşı film" kateqoriyasında qalib gəlib.
Kuaronhəmçinin "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olub.
RejissorYorqos Lantimosun ekranlaşdırdığı"Favorit qadın"tarixi filmi ən yaxşı Britaniya kinosu kimi BAFTA mükafatına layiq görülüb.
Oliviya KolmanvəReyçel Vays"Favorit qadın" filminə görə müvafiq olaraq "Ən yaxşı qadın rolu" və "İkinci planda ən yaxşı qadın rolu" nominasiyalarında qalib gəliblər.
"Bohem rapsodiyası" bioqrafik ekran əsərindəFreddi Merkurini canlandıranRami Malek"Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.
Bütün mərasim zamanı 24 nominasiyada qaliblər elan olunub.
banner

Oxşar Xəbərlər