AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Badamdarda sürüşmənin dinamikasında aktivlik qalmaqdadır

Badamdarda sürüşmənin dinamikasında aktivlik qalmaqdadır

Təfsilat
09 Yanvar 2020, 13:30 262
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin saat 12:00-a olan məlumatına əsasən Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.
Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müşahidələr davam etdirilir. Bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır.
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.
Xatırladaq ki, bu ərazidə sonuncu dəfə 2018-ci ilin oktyabrın 12-də sürüşmə baş vermişdi. Sonrakı günlərdə sürüşmə aktivləşərək, təxminən 200 metrdən artıq eni olan bir ərazini əhatə etməklə avtomobil yoluna qədər hərəkət etmişdi. Yol kənarındakı istinad divarının əksər hissəsi çökmüşdü.