Badamdar və 20-ci sahə arasındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır

Badamdar və 20-ci sahə arasındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır

Təfsilat
10 Yanvar 2020, 12:07 122
Badamdar və 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, aparılan müşahidələr zamanı sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb. Monitorinq və araşdırmalar davam etdirilir.
Xatırladaq ki, ötən gün səhər saatlarında Səbail rayonu, Badamdar qəsəbəsində, Badamdar şossesi ərazisində torpaq qatı yenidən sürüşüb. Torpaq sürüşməsinin eni 80, uzunluğu isə təxminən 100 metri əhatə edib.
Hadisə nəticəsində Badamdar qəsəbəsindən "20-ci sahə" istiqamətində yol bağlanıb.Qeyd edək ki, ərazidə ilk sürüşmə faktı 2018-ci il oktyabrın 12-də baş vermişdi.