AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bacısı vasitəsilə danışıq aparır

Bacısı vasitəsilə danışıq aparır

İdman
10 Yanvar 2019, 12:25 411
Böyük ehtimalla, Dieqo Simeone hələ uzun illər "hindular”a rəhbərlik edəcək. 
 
Kaspi.az xəbər verir ki, Simeone "Ateltiko” ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb. O, danışıqları bacısı vasitəsilə aparır. 
 
Simeonenin bacısı və agenti Nataliya yeni müqavilənin şərtlərini müzakirə etmək üçün Madridə gəlib.  Dieqonun "Atletiko” ilə müqaviləsi 2020-ci ildə başa çatır. O, "hindular”a 2011-ci ildən rəhbərlik edir.