• cümə, 29 Mart, 04:22
  • Baku Bakı 7°C

Bacısı qızını qətlə yetirən şəxs həbs edildi

11.05.21 18:23 1260
Bacısı qızını qətlə yetirən şəxs həbs edildi
Mayın 9-da saat 07 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon prokurorluğundanKaspi.az-a verilən xəbərə görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 06 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq aparılır.
banner

Oxşar Xəbərlər