• cümə axşamı, 28 mart, 22:23
  • Baku Bakı 13°C

Bağçada şiddətə məruz qalan uşağın vəziyyəti öyrəniləcək

14.01.22 12:34 464
Bağçada şiddətə məruz qalan uşağın vəziyyəti öyrəniləcək
"İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ araşdırılır. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub”.
Kaspi.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova deyib.
O qeyd edib ki, hər şeydən əvvəl məktəbəqədər təhsil müəssisəsində təhsilverənin psixoloji vəziyyəti qiymətləndirilməlidir: "Bu müəssisələrdə bir ildən bir tərbiyəçilər tibbi psixoloji müayinədən keçirlər. Artıq həmin tərbiyəçi Əmək Məcəlləsinin 70 -ci maddəsinə əsasən vəzifəsindən azad edilib. Uşağın vəziyyəti öyrəniləcək və ailə ilə görüş keçiriləcək”.
banner

Oxşar Xəbərlər