AzTU Rusiyanın 4 universiteti ilə yeni əməkdaşlığa başladı
Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri
Assosiasiyasının II Forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU)
üçün yeni əməkdaşlıq imkanları yaranıb.
Forumda AzTU Beynəlxalq Əlaqələr şöbəsinin müdiri
Natiq Əhmədov Rusiya universitetlərinin təmsilçiləri ilə faydalı görüşlər
keçirib və 4 ali təhsil müəssisəsiilə əməkdaşlıq
müqaviləsi imzalanıb.
Əməkdaşlıq müqaviləsi imzalanan universitetlər -
Orlov Dövlət Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Samara Dövlət
Texniki Universiteti, Voronej Dövlət Texniki Universitetinin təmsailçiləri
AzTU-ya böyük maraq göstərdiklərini bildiriblər.
Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri
Assosiasiyasının II Forumuna qatılan nümayəndə heyyəti Başqırdıstan
Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüş də keçirilib. Nümayəndə
heyyəti ilə görüşdə tələbələrlə ətraflı söhbət aparılıb, onların problemləri,
qayğıları öyrənilib.