AzTU ilə Böyük Birtaniya universitetlərinin əməkdaşlığı üçün geniş perespektivlər var

Böyük
Birtaniya Krallığının Bakıdakı səfirliyinin Enerji və təhlükəsizlik şöbəsinin rəhbəri
Steven Smiite və "ATKINS” şirkətinin Bakı ofisinin direktoru James Todd Azərbaycan
Texniki Universitetində (AzTU) olublar.
AzTU-nun
rektor əvəzi Xakıq Yahudov qonaqlara universitet haqqında geniş məlumat verərək
bildirib ki, Azərbaycanda texniki təhsilin inkişafı
prioritet sahələrdəndi. Qeyd olunub ki, prezident İlham Əliyevin imzaladığı
"Strateji yol xəritələri”ndə bu sahənin tərəqqisi üçün kankret istiqamətlər və hədəflər
göstərilib. Rektor əvəzi universitetdə təhsilıin kefiyyətinin daha da yüksəldilməsi
və qabaqcıl texnologiyalardan yararlanmaq üçün AzTU-nun Birtaniya ali məktəbləri
ilə əlaqələr qurmaq niyyətində olduğunu deyib.
Öz nöbəsində,
qonaqlar da AzTU ilə müxtəlif formatda əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan
ediblər. Bildirib ki, AzTU-da mövcud olan ixtisaslar sənaye üçün son dərəcə
vacib sahələrdi və krallığın ölkəmizdəki şirkətləri bu sahələrin inkişafında
maraqlıdı.
Görüş zamanı Böyük Birtaniyanın ölkəmizdəki səfirliyinin əməkdaşı
Steven Smiite bu ilin iyun ayında Bakıda keçiriləcək Böyük Birtaniya-Azərbaycan
əməkdaşlıq formu haqqında da məlumat verib. Steven Smiite bildirib ki, forumda
Birtaniuya universitetlərinin nümayəndələri də iştiark edəcək. Səfirlik əməkdaşı
yeni əlaqələrin qurulması üçün AzTU-nun nümayəndələrinin həmin foruma dəvət
edib.


