• cümə, 19 Aprel, 14:17
  • Baku Bakı 25°C

Aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə edilib

13.09.19 10:08 550
Aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə edilib
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev yeni tədris ili ərəfəsində övladları bu il 1-ci sinifə qədəm qoyan aztəminatlı ailələrin qonağı olub.
Naqif Həmzəyev qarşıdan gələn 15 sentyabr - Bilik Günü münasibətilə valideynləri və şagirdləri təbrik edib, onların arzu və istəkləri dinləyib.
Balacalarla ayrıca söhbət edən millət vəkili onlara məktəbin müqəddəs ocaq olduğunu bildirib və qeyd edib ki, məktəbdə gənc nəslə Vətəni, xalqı, valideynləri sevmək öyrədilir. Çalışın ki, hər biriniz Vətənə layiqli övlad olasınız. Bunun üçün isə yaxşı oxumaq lazımdır.
Millət vəkili birincilərə gələcək təhsillərində uğurlar, müvəffəqiyyətlər arzulayıb, onlara çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edib.
banner

Oxşar Xəbərlər