• cümə, 29 Mart, 10:40
  • Baku Bakı 5°C

“AzerTelecom” “China Telecom”la Strateji Anlaşma Memorandumu imzaladı

25.04.19 20:24 519
“AzerTelecom” “China Telecom”la  Strateji Anlaşma Memorandumu imzaladı
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom” şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi "Azerbaijan Digital HUB” proqramı çərçivəsində Çinin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan "China Telecom” ilə Starteji Anlaşma Memorandumu imzalayıb.
Çinin İKT sahəsində fəaliyyət göstərən qlobal şirkəti olan "China Telecom”la "AzerTelecom” şirkəti arasında Starteji Anlaşma Memorandumunun imzalanması Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi "Bir kəmər, bir yol” 2-ci beynəlxalq forumu çərçivəsində baş tutub. Forum çərçivəsində Azərbaycan Respublikası və Çin Xalq Respublikasını təmsil edən müxtəlif şirkətlər arasında sənədlərin imzalanması mərasimi keçirilib.
Starteji Anlaşma Memorandumunu "AzerTelecom” şirkəti tərəfdən Baş icraçı direktor, "Azerbaijan Digital HUB” proqramının müəllifi və rəhbəri Fuad Allahverdiyev, "China Telecom” tərəfdən isə bu şirkətin vitse-prezidenti Dong Zi Yu imzalayıb.
"Azərbaycanın beynəlxalq səviyyədə tanınan telekommunikasiya operatoru, Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital HUB” proqramını icra edən "AzerTelecom” ilə Çinin iri texnologiya şirkəti olan "China Telecom” arasında Strateji Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyətə malikdir. Belə ki, bu sənəd iki ölkəni təmsil edən iri telekommunikasiya şirkətləri arasında "Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması istiqamətində qarşılıqlı anlaşmanı və əməkdaşlığı özündə əks etdirir”- deyə "AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib.
Fuad Allahverdiyevin bildirdiyinə əsasən, Strateji Anlaşma Memorandumu Çinin internet trafikinin daşıyıcısı - qlobal tranzit şirkəti olan "China Telecom” şirkətinin internet trafikinin "Digital HUB” proqramı çərçivəsində qurulan Asiya-Avropa arasında yeni rəqəmsal telekommunikasiya dəhlizi üzrə Azərbaycan üzərindən daşınması istiqamətində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün imkanlar açır.
Qeyd edək ki, 25-27 aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində "Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu keçirilir. Forum dövlət və hökumət başçılarını, müxtəlif dövlət rəsmilərini, özəl sektoru təmsil edən iri şirkətləri, sərmayədarları, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini bir araya toplayıb.
banner

Oxşar Xəbərlər