AZE | RUS | ENG |

"Azərsu": Sakinlərin ixtiyarı var ki, su çənlərini saxlasın

Həmin ərazilərə yalnız gələcəkdə fasiləsiz su verilə bilər

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakınn Xətai rayonu ərazisinin bir hissəsində məhəllədaxili və zirzəmidən keçən su xətlərinin yenilənməsinə başlayıb. Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, həmin ərazidə köhnəlmiş xətlər yenisi ilə əvəzlənir: "Sovet dövründə tikilmiş və istifadəyə yararsız olan bütün su xətlərini yeniləyirik. Hazırda biz Xətai rayonu ərazisini 3 saat səhər, 3 saat axşam içməli su ilə təchiz edirik. Yəni bu gün yalnız qrafiklə su vermək üçün texniki imkanlarımız var. Amma gələcəkdə bu işlər tam yekunlaşandan, bütün məhəllədaxili, binadaxili xətlər yenilənəndən və sayğacla təmin olunandan sonra imkanımız var ki, həmin ərazilərdə hidrofor sistemi qurulsun və sakinləri 24 saat fasiləsiz içməli su ilə təchiz edək". A.Cəbrayıllı onu da qeyd edib ki, "Azərsu" binalardan su çənlərini yığışdırmayacaq: "Bu məsələ bizlik deyil. Gələcəkdə xətlər yenilənəndən sonra da sakinlərin ixtiyarı var ki, su çənlərini saxlasınlar və yeni xətdən sayğacdan keçmək şərti ilə çənlərindən istifadə etsinlər. Hazırda 38 binanın su xətlərinin yenilənməsi nəzərdə tutulur. Hələ ki həmin binalara qrafiklə su veriləcək. Bu ərazidə yenilənmə tam başa çatandan sonra vətəndaşların fasiləsiz su ilə təmin olunması məsələsinə baxıla bilər".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917