AZE | RUS | ENG |

“Azərişıq” ASC: Dörd il 8 ayda elektrik enerjisi üzrə texniki itkilər iki dəfəyədək azalıb

“Azərişıq” ASC: Dörd il 8 ayda elektrik enerjisi üzrə texniki itkilər iki dəfəyədək azalıb
2015-ci ildə "Azərişıq” ASC yaradılanda elektrik enerjisi üzrə texniki itki 13,9 faiz təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10 faizə, 2017-ci ildə 9,9 faizə, 2018-ci ildə 9,8 faizədək endirilib. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, bu gün də "Azərişıq” texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün işləri davam etdirir.
"Bunun üçün yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də sayğaclar yenilənir. 2015-ci ildən bəri təxminən 1 milyon 200 minə yaxın abunəçi yeni sayğacla təchiz edilib. İlin sonuna qədər texniki itkilərin xüsusi çəkisinin daha 0,1-0,2, növbəti ildə isə 0,5- 0,7 faiz bənd azalmasına nail olacağıq”, - deyə Tanrıverdi Mustafayev əlavə edib.
O qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanın kəndlərində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri də aparır: "Son 4 ildə 400 kənddə, cari ilin 8 ayında isə 65 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə, 350 min istehlakçının elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873