• cümə axşamı, 25 aprel, 17:56
  • Baku Bakı 23°C

"Azəriqaz"ın Baş direktoru azad olunan ərazilərin qazlaşdırılması prosesindən danışdı

30.04.21 14:15 703
"Azəriqaz"ın Baş direktoru azad olunan ərazilərin qazlaşdırılması prosesindən danışdı
İşğaldan azad olunan ərazilərin qazlaşdırılması prosesi ilə əlaqədar Prezident Administrasiyası tərəfindən müəyyən edilən xüsusi qruplar yaradılıb.
Trend-in məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, "Azəriqaz"İstehsalat Birliyi də Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini davam etdirir:"Həmin işçi qrupda bizim nümayəndələr də var. Hazırda proseslə bağlı inventarlaşdırma işləri aparılır. Layihələndirmə və digər işlər üçün tapşırıq gözləyirik. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək".

banner

Oxşar Xəbərlər