• cümə axşamı, 28 mart, 19:49
  • Baku Bakı 13°C

“Azəriqaz”: Tələbatla əlaqədar qaz sərfiyyatı 1 mln. 150 min kubmetr artıb

01.02.17 12:40 829
“Azəriqaz”: Tələbatla əlaqədar qaz sərfiyyatı 1 mln. 150 min kubmetr artıb
"Ölkədə qarlı və şaxtalıhavaşəraiti ilə bağlı heç bir şəhər, rayon və kənd yerinin qaz təchizatında məhdudiyyətlər yaranmayıb”.
Bunu "APA-Economics”ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
Onun sözlərinə görə, hazırda tələbata uyğun qazın verilişi təmin olunur: "Qəza halları baş verərsə, "Azəriqaz”ın Təmir-Tikinti İdarəsi lazımı alət-avadanlıqla tam təchiz olunub ki, problem dərhal aradan qaldırılsın. Ancaq hazırdahavaşəraiti ilə əlaqədar heç bir təmir işləri aparılmır”.
İ. Kərbəlayev bildirib ki, təbii qazın verilişində də artım var: "Bu gün ötən günə nisbətdə qaz sərfiyatında 1 mln. 150 min kubmetr artım var. Təbii ki, havalar soyuduqca təbii qaza tələbat da artır, tələbat artdıqca da sərfiyyat artıq olur”.
banner

Oxşar Xəbərlər