“Azeri Light”ın bir barrelinin qiyməti 63 dollara çatır

“Azeri Light”ın bir barrelinin qiyməti 63 dollara çatır

İqtisadiyyat
16 Oktyabr 2019, 12:45 107
Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 62,92 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.