“Azeri Light”ın bir barreli 63,12 dollara satılır

“Azeri Light”ın bir barreli 63,12 dollara satılır

İqtisadiyyat
23 Avqust 2019, 13:30 4801
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar azalaraq 63,12 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.