• cümə axşamı, 25 aprel, 12:41
  • Baku Bakı 23°C

“Azəri-Çıraq-Günəşli” yataqlarından indiyə qədər 516 milyon ton neft hasil edilib

16.09.20 15:15 596
“Azəri-Çıraq-Günəşli” yataqlarından indiyə qədər 516 milyon ton neft hasil edilib
İşlənmənin əvvəlindən bu il sentyabrın 1-dək "Azəri-Çıraq-Günəşli” yataqlarından 516 milyon ton neft və 172 milyard kubmetr qaz hasil olunub.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları hesabına əldə edilir.
"Artıq 21-ci ildir ki, Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçıları "mənfəət nefti”ndən gəlir əldə edirlər. 2020-ci il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 305 milyon ton "mənfəət nefti” satılıb ki, bu da həmin vaxtadək çıxarılmış "Azəri-Çıraq-Günəşli” neftinin 59,0 faizini təşkil edir. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 8 ayında "Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilmiş 16 milyon ton neftin 12 milyon tonu, yəni 75 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub".
banner

Oxşar Xəbərlər