AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azercell tələbələr üçün yeni karyera imkanları yaradır (FOTO)

Azercell tələbələr üçün yeni karyera imkanları yaradır (FOTO)

İqtisadiyyat
04 İyun 2021, 14:20 206
Lider mobil operator növbəti karyera sərgisində iştirak edib
Fəaliyyəti boyunca gənc nəslin peşəkar və fərdi inkişafına dəstək olan "Azercell Telekom” MMC növbəti karyera sərgisində öz stendi ilə təmsil olunub. İyun ayının 2-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya Məktəbində təşkil edilən sərgidə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri sərgi iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb. Tədbir iştirakçıları şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları, kadrların seçilməsi və işə qəbul prosesləri haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, Azercell mütəmadi olaraq karyera sərgilərində iştirak edərək öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə dəstək olmağa çalışır. Şirkət may ayının 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin onlayn formatda təşkil etdiyi X Məzun-Karyera Sərgisinə də qatılıb. 63 dövlət qurumu və özəl şirkətlərin iştirakı ilə həyata keçirilən bu sərgidə ümumilikdə 200-dən çox vakansiya və 300-dək təcrübə yeri təqdim olunub.
Azərbaycanda təhsilin inkişafına daima töhfə verən və ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən Azercell bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının "İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Mobil operator "Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.