• cümə axşamı, 25 aprel, 00:25
  • Baku Bakı 19°C

"Azercell" abunəçilərə müraciət etdi: Bu mesajlara reaksiya verməyin

22.07.21 14:27 274
"Azercell" abunəçilərə müraciət etdi: Bu mesajlara reaksiya verməyin
"Azercell Telekom” MMC abunəçilərini "Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırıb.
Şirkətdən bildirilib ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyatı yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün abunəçilərinə şübhəli zənglərə və SMS-lərə geri dönüş etməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edilir.
banner

Oxşar Xəbərlər