• cümə axşamı, 25 aprel, 02:05
  • Baku Bakı 19°C

Azərbaycan–Norveç oyununa bilet satışı davam edir

07.10.16 13:48 1415
Azərbaycan–Norveç oyununa bilet satışı davam edir
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Azərbaycan–Norveç oyununa bilet satışı davam edir.
AZƏRTACxəbər verir ki, biletləri "28 Mall” Ticarət Mərkəzi, "Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionu və "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
Qarşılaşmanın biletlərinin qiyməti 2-ci kateqoriya üzrə 1, 1-ci kateqoriya üzrə 2, VİP yerlər üzrə 10 manatdır.
Matç Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər