• çərşənbə axşamı, 16 aprel, 17:37
  • Baku Bakı 19°C

Azərbaycanlını İnterpola verdilər - ABŞ-da

04.07.14 10:49 1136
Azərbaycanlını İnterpola verdilər - ABŞ-da
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1987-ci il təvəllüdlü Evelin Vəlibəyova 2011-ci ildə ABŞ-ın Boston şəhərində yoxa çıxıb. ABŞ polisi uzun müddət onun axtarışlarını aparsa da, tapa bilməyib və İnterpola müraciət etmək məcburiyyətində qalıb.
Hazırda E. Vəlibəyovanın tapılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.
Qeyd edək ki, APA E. Vəlibəyovanın ABŞ-da itkin düşməsi barədə 2011-ci ildə məlumat yayıb.
Həmin vaxt ABŞ polisindən bildirilmişdi ki, Azərbaycan vətəndaşı E. Vəlibəyovanı sonuncu dəfə 2011-ci ilin iyulun 16-da işə gedərkən görüblər.
O, Kembricdə “Area 4” restoranında işləyirmiş.
İyulun 16-da evdən çıxıb və geri qayıtmayıb.
Ailəsi baş verənlərlə bağlı polisə müraciət edib./apa/
banner

Oxşar Xəbərlər