• şənbə, 02 Mart, 03:00
  • Baku Bakı 2°C

Azərbaycanlılar Fransa Milli Assambleyasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçirib

26.11.22 13:30 641
Azərbaycanlılar Fransa Milli Assambleyasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçirib

Avropada yaşayan azərbaycanlılar Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçiriblər.

Kaspi.az xəbər verir ki, kampaniya #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə keçirilib.

Kampaniya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırım, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, torpaqların yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyıb.

banner

Oxşar Xəbərlər