• cümə axşamı, 25 aprel, 08:48
  • Baku Bakı 14°C

Azərbaycanlı və özbəklər 145000 dollar apardılar

02.06.14 13:51 913
Azərbaycanlı və özbəklər 145000 dollar apardılar
Rusiya paytaxtında inkassator avtomobilinə basqın edərək 5 milyon rus rublu (145 min ABŞ dolları) aparan və tərkibində Azərbaycan vətəndaşlarının da olduğu dəstə yaxalanıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mayın 22-də paytaxtın "Sadovod" bazarında 4 nəfər miqrant inkassatora hücum edib, sürücü və təhlükəsizlik xidmətinin əməkdaşını yaralayaraq maşındakı 5 milyon rublu oğurlayıblar. Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər yaxalanıb.
Əməliyyatçılara məlum olub ki, onlar əldə etdikləri pulu döyüşlərin getdiyi Şimali Qafqaz federal dairəsi ərazisində silahlı qrupların formalaşdırılmasına yardım məqsədilə göndəriblər.
Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfərin 33-40 yaşlarında olan Azərbaycan və Özbəkistan vətəndaşları olduqları bildirilib. Onların üzərindən odlu silah aşkar olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər